Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Xəzər Universitetinin kitabxanası dünyada müasir elektron gücə malik 1120 kitabxana sırasına daxil edilib
15.02.11 19:22

Dünya ali məktəblərinin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual gücü əsas götürülərək 2011-ci ilin yanvar ayında dünyadakı 19266 ali məktəb, o cümlədən Azərbaycandan 36 ali məktəb növbəti dəfə öyrənilib, tədqiq olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xəzər Universitetinin İctimai Əlaqələr və Media Mərkəzindən veriblər. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır. Əsas kriteriyalar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərin çəkisidir. 12 min ali məktəb arasında Azərbaycandan cəmi 4 ali məktəb düşüb. Onlar belə əsıralanıb: Xəzər Universiteti (5097-ci yer), Qafqaz Universiteti (7054-cü yer), Diplomatiya Akademiyası (7653-cü yer) və Tibb Universiteti (11.108-ci yer)Yüksək liqa hesab olunan ilk 6 min ali məktəblər arasına Azərbaycandan Xəzər Universiteti daxil ola bilib. Azərbaycana yaxın böyük dövlətlərdən Türkiyənin 82, İranın 49, Ukraynanın 38, Rusiyanın 238 ali məktəbi dünyanın 6 min yaxşı ali məktəbi sırasındadır. Ərəb ölkələrinin hamısından birlikdə bu sırada 75 ali məktəb var. Webometrics tədqiqatı nəticəsində 2011-ci ilin yanvar ayında həmçinin dünyada ən yaxşı, müasir, elektron gücə malik 1120 kitabxana da müəyyən edildi. Bu siyahıda tək Azərbaycandan deyil, bütün Qafqaz və Orta Asiyadan daxil olan yeganə kitabxana Xəzər Universitetinin kitabxanasıdır (892-ci sırada). Qeyd edək ki, 2004-cü ildən dünya ali məktəblərinin Webometrics adlı reytinqi elan olunur.
URL / WWW
http://kelam.az/article/a-2987.html