Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hərbiçilərimiz NATO-nun FTP əsasən keçirilən tədbirlərə qatılacaqlar
15.02.11 19:22

NATO ilə Azərbaycan arasında imzalanmış Fərdi Tərəfdaşlıq Planına (FTP) əlavə olaraq, Azərbaycan hərbçiləri fevralın 19-dan 29-dək Oberammerqauda (Almaniya) NATO akademik təlimatçılar kursun çərçivəsində təlimatçı qismində iştirak edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Fevralın 21-25-də isə yenə həmin şəhərdə Akademik təlimatçılar kursu olacaq. Fevralın 21-də Ankarada Silahlı münaqişə hüququ kursu başlanacaq. Fevralın 28-dən martın 11-dək isə Budapeşt şəhərində müəllimlər üçün hərbi terminologiya kursu təşkil olunacaq. Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən fevralın 28-də İzmir şəhərində Döyüş sursatlarını məhvetmə kursu, fevralın 20-dən martın 11-dək isə Ankarada Qoruma-təhlükəsizlik kursu keçiriləcək. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-2986.html