Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » GVB Xocalı soyqrımı ilə əlaqədar silsilə tədbir keçirəcək
16.02.11 02:21

Gənc Vətənpərvərlər Birliyi (GVB) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda GVB-nin regional şöbələrinin rəhbərləri, üzv təşkilatların səlahiyyətli nümayəndələri, fəxri üzvlər, təlimatçı məşqçilər və sədrin müşavirləri iştirak ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər. İclasda Bakı, Sumqayıt, Gəncə və Samuxda yaşayan gənclərin, ziyalıların birliyə fərdi qaydada üzv olması və “Xocalıya ədalət” kampaniyasına dəstək olmaq məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. İclasda həmçinin GVB tərəfindən Xocalı soyqırımı ilə əlaqədar keçiriləcək tədbirlər planı təsdiq olunub. Tədbirlərin Bakı, Gəncə, Samux, Şəmkir, Şirvan, Mingəçevir və Sumqayıt şəhərlərində gənclər və idman idarələri ilə birgə keçirilməsi üçün təşkilat komitəsi yaradılıb. Qeyd edək ki, silsilə tədbirlərə fevralın 19-dan start veriləcək və yekunda müxtəlif beynaxalq təşkilatlara və səfirliklərə bəyanat ünvanlanacaq.
URL / WWW
http://kelam.az/article/a-2985.html