Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK magistraturaya qəbul imtahanlarının vaxtını açıqladı
15.02.11 19:21

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 20-də Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanın birinci mərhələsində iştirak etmək üçün ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirmiş bakalavrlar fevralın 15-dən etibarən internetdə öz elektron ərizəsinə daxil olaraq birinci mərhələ üçün iakalavrın imtahana buraxılış vərəqəsini çap edib götürməlidirlər. Buraxılış vərəqəsində bakalavrın hansı şəhərdə, binada imtahan verəcəyi qeyd olunub. Buna görə də onlar buraxılış vərəqəsində göstərilmiş məlumatlarla diqqətlə tanış olmalıdırlar. Bakalavrlar buraxılış vərəqəsi ilə yanaşı bakalavrlar “Bakalavrın yaddaş kitabçası”nı da çap edə bilərlər. Burada bakalavrlara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
URL / WWW
http://kelam.az/article/a-2984.html