Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda RRB-nin rabitə iqtisadiyyatı üzrə komissiyasının 27-ci iclası keçiriləcək
15.02.11 19:21

Cari ilin 24-25 may tarixlərində Bakıda Regional Rabitə Birliyinin (RRB) rabitə iqtisadiyyatı üzrə komissiyasının 27-ci iclası keçiriləcək. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan KƏLAMİNFO-ya verilən məlumata görə, komissiyanın ötən ilki iclası sentyabr ayında Odessada baş tutub. A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasında keçirilən tədbirdə ölkəmizi Azərbaycan Rabitə Administrasiyasının nümayəndələri təmsil ediblər. Bu il də iclasda bir sıra aktual məsələlərə baxılacaq. Müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində təqdim olunan xidmətlərin keyfiyyətinin iqtisadi, həmçinin hüquqi-normativ əsaslarla tənzimlənməsi, rabitə operatorlarının idarə mexanizmində yeniliklərin tətbiqi, birliyə daxil olan ölkələrdə rəqəmsal yayıma keçidlə əlaqədar meydana çıxan yeni iqtisadi aspektlər və digər bu kimi məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul ediləcək.
URL / WWW
http://kelam.az/article/a-2983.html