Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bu gündən “Ən yaxşı müəllim” müsabiqəsində iştirak edən müəllimlərin dərsləri dinlənilir
16.02.11 02:21

Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək ekspertlərlə görüş keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Görüşdə təhsil naziri Misir Mərdanov bildirib ki, “Ən yaxşı müəllim” müsabiqəsinin uğurla nəticələnməsi ekspertlərdən ibarət fənn komissiyalarının fəaliyyətindən asılı olduğundan ekspertlərin hər biri yüksək məsuliyyət, obyektivlik nümayiş etdirməlidir. Ötən illərdən fərqli olaraq, bu il iştirakçıların sayı çox olan fənlər üzrə də yalnız bir komissiyanın fəaliyyət göstərəcəyini qeyd edən nazir hər bir komissiyada müşahidəçi qismində Təhsil Nazirliyinin nümayəndəsinin olacağını və onların həm də təşkilati məsələləri həll edəcəklərini açıqlayıb. Təhsil naziri bildirib ki, fevralın 15-dən başlayaraq 57 nəfər ibtidai sinif müəlliminin dərsləri 6, 35 nəfər ingilis dili müəlliminin dərsləri 4, 25 nəfər Azərbaycan dili və ədəbiyyat müəlliminin dərsləri isə 3 mərhələdə dinləniləcək. M.Mərdanov, bunlarla yanaşı digər fənn müəllimlərinin də sınaq dərslərinin dinlənilməsinin mərhələlərlə aprelin 21-dək davam edəcəyini diqqətə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-2982.html