Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Prezident Administrasiyasına daxil olan şikayətlərin sayı azalıb
15.02.11 19:21

Ötən il Prezident Administrasiyasına daxil olan şikayətlərin sayı əvvəlki ilə nisbətən azalıb. Bu, həm Prezident Administrasiyasında, həm də respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinə diqqətin artırılmasının nəticəsidir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumat Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan” qəzetinin 15 fevral sayında dərc olunan məqaləsində qeyd olunub.Bütövlükdə 2010-cu ildə PA-ya daxil olan müraciətlərin 66,9 faizi ərizələrdən, 31,8 faizi şikayətlərdən, 1,3 faizi isə təkliflərdən ibarət olub. Müraciətlərin mövzular üzrə təhlili göstərir ki, 2009-cu ilə nisbətən bir sıra mövzular üzrə daxil olan müraciətlərin sayı, o cümlədən ekologiya və təbii sərvətlər, torpaq, kənd təsərrüfatı, enerji və su təchizatı, mənzil, qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, iqtisadiyyat, maliyyə və bank, nəqliyyat, bələdiyyələrin fəaliyyəti ilə əlaqədar müraciətlərin sayı azalıb. Hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyətinə dair müraciətlərin 35 faizi məhkəmə orqanlarının və hakimlərin fəaliyyəti, 19,2 faizi polis, 14 faizi prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədardır. Daxil olan müraciətlər diqqətlə öyrənilib, onlarda qaldırılan məsələlərin həlli üçün lazımi tədbirlər görülüb, eyni zamanda müraciətlərin yaranma səbəbləri, onlara respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında baxılması vəziyyəti müntəzəm araşdırılıb. Respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə baxılması işində yol verdikləri nöqsanlara görə keçən il 1329 nəfər barəsində intizam tənbehi tədbirləri görülüb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi sistemində 44 nəfər işdən azad edilib, 114 nəfərə töhmət verilib. Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyində isə 2 nəfər işdən azad edilib, 23 nəfərə töhmət verilib.
URL / WWW
http://kelam.az/article/a-2981.html