Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Millət vəkili: “Paytaxtda nəqliyyat vasitələrində insan sağlamlığı üçün ciddi təhlükəli olan siqnalların sayı çoxalıb”
16.02.11 02:20

“Bu gün Bakı şəhərində hərəkət edən nəqliyyat vasitələrində quraşdırılan insan oraqnizmi üçün təhlükəli siqnalların sayı artıb və bununla bağlı qanunvericilikdə mütləq tədbir görüləməlidir”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili Aytən Mustafayeva bildirib. O, qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə qəbul olunacaq əlavələrdə bu faktların nəzərə alınacağı gözlənilir. “Çünki, əhalinin sıx yaşadığı paytaxtımızda avtomobillərə quraşdırılan belə səsgücləndiricilər getdikcə ciddi narahatlıqlar doğurmağa başlayır. Əgər əvvəllər bu cür səsgücləndiricilərinə şəxsi avtomabillərdə rast gəlinirdisə, artıq iri sərnişin avtobusları da bundan qanunsuz istifadə etməyə başlayıb. Bu da ciddi şəkildə şəhər sakinlərinin rahatlğını pozur və sağlamlıq üçün ciddi fəsadlar yaradır. Ona görə də mən təklif etmişəm ki, müvafiq qanun layihəsinə düzəlişlər edilərkən bu mütləq nəzərə alınsın”,-deyə millət vəkili vurğulayıb. Qeyd edək ki, hazırda Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə müvafiq əlavələr müzakirə olunur və burada sərnişin daşıma vasitələri ilə bağlı bir sıra müddəalar nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-2980.html