Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Yaranmış vəziyyət dəyişməsə, müharibə tezliklə qaçılmazdır”
16.02.11 01:17

Beynəlxalq Böhran Qrupunun sürətlənən silahlanma yarışı, qarşılıqlı hədələr və sülh danışıqlarının faktiki olaraq Ermənistan tərəfindən dalana dirənməsi Bakı və İrəvan arasında Dağlıq Qarabağla bağlı müharibənin bərpası riskini artırması kimi bəynatı əsl reallıqdır. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Zərdüşt Əlizadə bildirib. O, qeyd edib ki, əgər vəziyyət düzəlməzsə, belə bir müharibənin baş verməsi tezliklə qaçılmaz olacaq. “Beynəlxalq Böhran Qrupunun müvafiq hesabatından da qabaq biz aylarca bəyan edirdik ki, yaranmış vəziyyət dəyişməsə, müharibə tezliklə qaçılmazdır. Buna görə də beynəlxalq təşkilat faktiki reallığı əks etdirən hesabat yayıb. Bunu artıq hamı- ATƏT-in Minsk qrupunun həmsədrləri də, beynəlxalq təşkilatlar da, daxildə olan ekspertlər də başa düşür. Hesabatda yeniliklər daha çox detallarla bağlıdır. Misal üçün, onlar Ermənistan ordusunda nə qədər raket olduğunu, nə qədər Azərbaycanda olduğunu açıqlayırlar. Və təbii ki, bütün bu vəziyyət nəzərə alınaraq belə bir nəticə ortalığa çıxır”-deyə ekspert vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2979.html