Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » “Məktəbəqədər və ibtidai təhsil” jurnalının 40 illik yubleyinə həsr olunan tədbir keçirilib
15.02.11 02:20

Təhsil Nazirliyində “Məktəbəqədər və ibtidai təhsil” jurnalının 40 illik yubleyinə həsr olunan tədbir keçirilib. Mərasimdə Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil ocaqlarının rəhbərləri və digər təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov “Məktəbəqədər və ibtidai təhsil”in 1970-ci ildən fəaliyyətə başladığını, məcmuəyə bu günə qədər Yəhya Kərimovun rəhbərlik etdiyini söyləyib. M.Mərdanov ötən dövr ərzində jurnalın 180 nömrəsinin işıq üzü gördüyünü bildirib. Jurnalda kurikulumla, təhsil islahatı ilə bağlı məqalələrin dərc olunduğunu deyən nazir belə məsuliyyətli bir işin daha səmərəli təşkili üçün tövsiyələrini verib, “Məktəbəqədər və ibtidai təhsil”in əməkdaşlarına Təhsil Nazirliyinin Fəxri fərmanlarını təqdim edib, onlara pul mükafatlarının veriləcəyini bildirib.Yubiley tədbirində çıxış edən baş redaktor, pedaqoji elmlər doktoru, professor Y. Kərimov jurnalın yaranma tarixindən söz açıb. Y.Kərimov jurnalın formalaşmasında Nağı Günəşli, Əjdər Ağayev və Məhəmməd Baharlının böyük əməyinin olduğunu qeyd edib. Digər çıxış edənlər isə jurnalın Azərbaycan təsilinin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışıb və redaksiya kollektivinə gələcək işlərində uğurlar arzulayıblar.
URL / WWW
http://kelam.az/article/a-2976.html