Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qaçqın və məcburi köçkünlər ayrı-ayrı şəxslərə məxsus üç minə yaxın evi zəbt edib
14.02.11 18:20

Azərbaycanda, xüsusən də paytaxt Bakıda ayrı-ayrı şəxslərin evlərini zəbt edən qaçqın və məcburi köçkünlər üçün hələlik evlər tikilmir, ancaq bu barədə dövlətdə müzakirələr gedir və yəqin ki, bu məsələyə də baxılacaq. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov söyləyib. Çoxsaylı insanların evlərini zəbt edən ailələrin bu vaxta qədər niyə çıxarılmaması və bu işin hazırda hansı vəziyyətdə olmasına münasibət bildirən S.Hüseynov açıqlayıb ki, hazırda 3 minə yaxın belə zəbt olunmuş ev var. O, Dövlətqaçqınkomun bununla bağlı hər hansı tədbirin görüb-görmədiyinə də aydınlıq gətirib. “Hələ komitə müvafiq Dövlət Proqramına uğun olaraq işlər görür. Bu məsələ ilə bağlı müzakirələr gedir, ancaq konkret bir iş görülmür”,-deyən S.Hüseynov bu vaxta qədər tikilən evlərə onların niyə köçürülmədiyinə də münasibət bildirib. “Dövlət Proqramına uğun olaraq tikilən evlərə ən ağır vəziyyətdə yaşayanlar köçürülür və bu vəziyyət tədricən yüngülləşdirilir. Bilirsiz ki, çadır şəhərciyi tamamilə ləğv olunub. Hazırki dönəmdə isə fin evlər, məktəblər, bağçalarda yaşayanlar var və indi belə yerlərdə yaşayanlar köçürülür. Bu işlər hissə-hissə görülür. Hələ gəlib çatmayıb ki, evdə olanlar köçürülsün. Ancaq buna da baxılacaq və bu, belə qalmayacaq”,-deyən S.Hüseynov zəbt edilən evlərdə bütün qaçqın rayonlarından olan vətədaşların yaşadığını söyləyib.
URL / WWW
http://kelam.az/article/a-2975.html