Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilib
15.02.11 00:48

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilib. ETSN-dən KƏLAMİNFO-ya verilən məlumata görə, Nazirliyə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Suzanna Jeykob və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisad Komissiyasının Baş Katibinin müavini Jan Kubişin imzası ilə məktub daxil olub. Məktubda qeyd olunur ki, BMT-nin Avropa İqtisad Komissiyasının ekoloji siyasət üzrə komitəsinin 2-5 noyabr 2010-cu il tarixlərində Cenevrə şəhərində keçirilən on yeddinci sessiyasında Azərbaycan, Belarusiya, Rumıniya və Türkiyənin ətraf mühit nazirləri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçiliblər. Eyni zamanda, BMT-nin Avropa İqtisad Komissiyasının Nazirlər Şurasının birinci iclasının 2011-ci ilin aprel ayında keçirilməsinin planlaşdırıldığı bildirilir.
URL / WWW
http://kelam.az/article/a-2973.html