Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Yazılı qanunların dilində dəyişikliklər olacaq
15.02.11 03:47

Qanunvericilik yolu ilə yazılı qanunların dilində dəyişikliklər olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, Azərbaycanda qanunların dilində mürəkkəblik var və istifadəsinə ehtiyac olmayan bir sıra terminlər çıxarıla bilər. “Qanunların adında istifadə olunan “haqqında” termini bu sözlərdən biridir. “Haqqında” əslində rus dilindən gələn məsələdir və ola bilsin rus dili üçün onun istifadəsi vacibdir. Amma, bizim dildə bunsuz da keçinmək olar”,-deyə millət vəkili vurğulayıb. O, qeyd edib ki, yaxın vaxtlarda qanunların adından “haqqında” sözünün ləğv olunacağı gözlənilir. “Müzakirəyə çıxarılası çoxlu sayda problem var, lakin müəyyən sahədə bununla bağlı mütəxəssislərlə dilçilər arasında fikir ayrılığı yaranır. “Misal üçün, hüquqşünaslar çalışırlar qanunların dilində yayğınlıq olmasın ki, sonra mübahisələr yaranmasın. Digər tərəfdən, məhkəmənin çıxardığı hökmü sadə vətəndaşın anlaması çətinlik törədir. Qanunların dilinə Milli Məclis məsuliyyət daşıyır. Azərbaycan yeni müstəqil dövlətdir, üslubun yaranması isə kifayət qədər ağır prosesdir”,-deyə N.Cəfərov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2972.html