Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “VƏTƏN UĞRUNDA!” QHT Koalisiyası təsis edilib
15.02.11 03:44

“RESURS” Gənclərin İnkişafı, “SİVİLİZASİYA” Monitorinq və Araşdırmalar və “Qaçqın və Məcburı Köçkün Qadınların İnkişaf Mərkəzi” İctimai Birliklərinin rəhbərləri bir araya gələrək “VƏTƏN UĞRUNDA!” QHT Koalisiyasının təsis edilməsi barədə qərar qəbul ediblər. Təsis yığıncağının qərarına əsasən “RESURS” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdizadə “VƏTƏN UĞRUNDA!” QHT Koalisiyasının koordinatoru seçilib. Bu barədə KƏLAMİNFO-ya QHT-nın mətbuat xidmətindən məlumat verilib. “Koalisiyanın qarşısında duran əsas prioritet vəzifə vətəndaşların milli-vətənpərvərlik hisslərinin gücləndirilməsi, vətənimizin işğal altında olan ərazilərinin düşməndən azad edilməsi üçün bütün fədakarlıqlara daim hazır olmaq kimi hisslərin gənclərə aşılanmasıdır. Qeyd edək ki, “VƏTƏN UĞRUNDA!” QHT Koaılisiyasının qərarına əsasən fevralın 28-də Beynəlxalq Mətbuat Mərkəzində QHT nümayəndələrinin, millət vəkillərinin, tarixçi alimlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “GORUS-2010 Absurd teatrı mövsümü” kitabının Dəyirmi masa ətrafında ictimai müzakirəsi də keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-2971.html