Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Dövlət Gənc Tamaşaçılar teatrının bir qrup aktyoru İranda Beynəlxalq Teatr Festivalında iştirak edib
14.02.11 17:44

Dövlət Gənc Tamaşaçılar teatrının bir qrup aktyoru İran İslam Respublikasınında hər il ənənəvi olaraq keçirilən 32-ci Beynəlxalq “Fəcr ongünlüyü” Teatr Festivalında iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya teatrdan veriblər. Dünyanın müxtəlif ölkələrinin aparıcı teatr kollektivlərinin iştirak etdiyi festival İslam İnqilabının 32-ci ildönümünə hərs olunub. “Dramatik İncəsənət Mərkəzi”nin dəvəti ilə İrana yola düşən kollektiv Qumbat və Qavuz şəhərlərində dahi ingilis yazarı U.Şekspirin “Otello” tamaşası ilə çıxış edib. Teatrın baş rejissoru, Xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi kollektivə Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, İlqar Cahangirov, Nofəl Vəliyev, Seyidşah Məmmədov, akytorlar Şəbnəm Hüseynova, İradə Rəşidova, Günel Məmmədova, Vüqar Məmmədəliyev, Rəşad Səfərov, Rövşən Abbasov, Aydın Dəmirov daxildir. Tamaşanın quruluşu, səhnə və musiqi tərtibatı xalq artisti, mərhum rejissor İrina Perlovaya məxsusdur. Aktyorlar uğurlu ifalarına görə diplomlarla təltif olunublar.
URL / WWW
http://kelam.az/article/a-2969.html