Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sərnişin daşıyanlar müəyyən edilmiş tarifdən artıq gediş haqqı tələb edərlərsə 40 manatdan 50 manatadək cərimə oluna bilərlər
14.02.11 17:44

Parlamentdə müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə əlavələr qəbul olunarsa nəqliyyat vasitələrində müəyyən edilmiş tarifdən daha yüksək gediş haqqının tətbiq edilməsinə görə 40 manatdan 50 manatadək cərimə tətbiq olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyli bildirib. O, qeyd edib ki, bura həmçinin şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməməsi də aiddir. “Əlavələrdə eyni zamanda şəhərlərarası və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunmaması bu cərimələrlə nəzərdə tutulub. “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmuiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirilməsi, yol verilməyən əşyaların daşınması və daşıma prosesi ilə bilavasitə əlaqəsi olmadıqda audio cihazlardan istifadə edilməsinə qarşı cərimələrdə bura aidir”,-deyə komitə sədri vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2968.html