Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Əlavə təsir” bədii filminə ilk baxış keçiriləcək
15.02.11 03:44

Dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında rejissor Elxan Cəfərovun çəkdiyi “Əlavə təsir” bədii filminin ilk baxışı keçiriləcək. Tədbir fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Film ölkədə daxili sabitliyi təmin edən, ictimai asayişi qoruyan, vətəndaşların təhlükəsizliyi keşiyində dayanan Azərbaycan polisinin fəaliyyətinə həsr olunub.Bu barədə KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Filmin ssenari müəllifləri Elza Ağayeva, Ramiz Fətəliyevdir. Filmin bəstəkarı isə Aygün Səmədzadədir. “Əlavə təsir” də Əbdülqəni Əliyev, Kənan Mahmudov, Elxan Qasımov, Əbdül Mahmudov, Xalidə Quliyeva, Gülzar Qurbanova və başqa aktyorlar yer alıb.
URL / WWW
http://kelam.az/article/a-2967.html