Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Rusiyanın Kazan şəhərindən Azərbaycana dörd meyit gətirilib
14.02.11 17:44

Dünən axşam Rusiya Federasiyasından Azərbaycana dörd meyit gətirilib. Rusiyanın Kazan şəhərində faciəvi şəkilədə ölənlərdən 3-ü Masallı rayonu, 1-i isə Cəlilabad rayon Şiləvəngə kənd sakinidir. KƏLAMİNFO-nun Cənub bürosu Cəlilabadın Şiləvəngə kəndindən olan mərhum Quliyev Saleh Ağabala oğlunun yaxınlarından əldə etdiyi məlumata görə, hadisə evin yanması səbəbindən baş verib. Belə ki, mərhum Saleh Quliyev bir müddət əvvəl Rusiya Federasiyasının Kazan şəhərinə tikintidə işləmək üçün gedib. Hadisə baş verən gün isə S.Quliyev Masallıdan olan dostunun evində qonaq olub. Gecə hamı yatdıqdan sonra evdə yanğın çıxıb. Masallı rayonundan 1 uşaq, olmaqla ər və arvaddan ibarət olan bir ailə və S.Quluyev yanaraq dünyasını dəyişib. Rusiyanın Kazan şəhərində baş vermiş hadisə ilə bağlı hazırda araşdırma aparılır. Yanğının baş vermə səbəbinə ilkin versiya kimi siqaret kötüyünün alışması əsas götürülür. Başqa səbəblərin də olaması istisna deyil.
URL / WWW
http://kelam.az/article/a-2966.html