Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Jurnalistlər üçün MediaCell xidməti ilə bağlı məsələyə Ülviyyə Həsənzadə aydınlıq gətirdi
11.02.11 19:21

“Azercell Telekom” MMC-nin Korporativ Əlaqələr və Sosial Məsuliyyət Departamentinin rəhbəri Ülviyyə Həsənzadə bu yaxınlarda jurnalistlər üçü elan olunacaq MediaCell xidməti ilə bağlı məsələyə aydınlıq gətirib. Ü.Həsənzadə bu barədə KƏLAMİNFO-ya müsahibəsində bildirib. O, qeyd edib ki, MediaCell xidmətində jurnalistlər tək öz həmkarları ilə deyil, ölkə üzrə bütün “Azercell” abonentləri ilə yüksək güzəştli tariflərlə danışacaqlar. “Həmçinin xidmət daxilində jurnalistlərə digər güzəştlər də nəzərdə tutulub, sadəcə olaraq bu haqda indi açıqlama vermək istəmirik ki, xidmət istifadəyə veriləndə bu, sürpriz olsun. Lakin, indidən onu deyə bilərəm ki, burada media nümayəndələri tək öz aralarında deyil, jurnalist olmayan bütün “Azercell” abunəçiləri ilə danışıqda da bu güzəştlərdən maksimum yararlanacaqlar. Hazırda hələlik açıqlamadığımız sürprizlərdən başqa xidmətə üzv olacaq jurnalistlər üçün hətta SMS-lər və “Datakart”lar da güzəştli olacaq”,-deyən Ü.Həsənzadənin sözlərinə görə, MediaCell xidmətində hər bir jurnalist öz adına olan iki “Azercell” nömrəsində bu xidmətdən istifadə edə biləcək.
URL / WWW
http://kelam.az/article/a-2964.html