Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Qaradağlı faciəsi” kitabının təqdimat mərasimi olub
12.02.11 02:21

Bu gün “Qaradağlı faciəsi” kitabının təqdimat mərasimi olub. KƏLAMİNFO xəbər verir ki, tədbir Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiə Mərkəzinin təşəbbüsü ilə həyata keçirilib. Kitab Dağlıq Qarabağda erməni terroruna məruz qalmış daha bir bölgənin faciəsini, eyni zamanda qəhramanlıq tarixini əks etdirib. Müəəllif, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı kitabın nəşrinin vacibliyindən danışıb. “Xocalı faciəsi ilə əlaqədar informasiya blokadasını yarmaq müəəyyən qədər mümkün olsa da, digər qanlı faciələr haqqında bunu etmək qeyri- mümkün olub. Diqqətdən kənarda qalmış və az öyrənilmiş belə qətliamlardan biri də Xocavənd rayonunun Qaradağlı kəndində baş verənlərdir”,-deyə o bildirib. Onun sözlərinə görə, hətta Milli Məclisin rəsmi saytında münaqişələrin tarixi “Ermənistanın Azərbaycana təcəvüzü” başlıqlı yazının 1992-ci ilə aid xronologiyasında da Qaradağlı faciəsi haqqında məlumat yoxdur. “İnformasiya qıtlığının olmasına baxmayaraq canlı şahidlərin verdiyi məlumatlar əsasında biz bu faciəni də işıqlandıra bildik. Bu kitab AVCİYA tərəfindən “Xocalı soyqrımı” na həsr edilmiş digər nəşrlər kimi beynəlxalq qurumlara paylanılacaq”,-deyə M.Zülfüqarlı bəayn edib. Qeyd edək ki, sözügedən ktab Azərbaycan və ingilis dillərində QHT-yə Dəstək Şurasının maliyyə yardımı ilə nəşr edilib.
URL / WWW
http://kelam.az/article/a-2963.html