Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda dünyasını dəyişmiş müharibə əlillərinin ailələri mənzillə təmin oluna bilər
11.02.11 19:21

Gələn həftə Milli Məclisin Sosial siyasət komitəsində dünyasını dəyişmiş müharibə əlillərinin ailələrinin mənzillə təmin olunması ilə bağlı müvafiq qanunvericiliyə əlavələr müzakirə olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva bildirib. O, qeyd edib ki, bu, hazırda ən vacib məsələlərdən biridir və buna hüquqi qiymət verməyin zamanı gəlib. "Şəhid övladlarının imtiyazlarından 18 yaşından sonra da istifadə etmə imkanlarının artırılması vacibdir. Bununla bağlı mütləq qanunvericilikdə dəyişikliklər edilməlidir",-deyə o, vurğulayıb. Q.Paşayeva həmçinin Milli Məclisdə Qarabağla bağlı qapalı dinləmələrin keçirilməsini də təklif edib.
URL / WWW
http://kelam.az/article/a-2962.html