Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Parlamentin iclasında korrupsiyaya qarşı mübarizə barədə danışılıb
11.02.11 19:21

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclasda spiker Oqtay Əsədov ilk növbədə cari məsələlər toxunub. O, son günlər ölkədə korrupsiyaya qarşı mübarizənin əhəmiyyətindən danışıb. Daha sonra məsələ millət vəkilləri tərəfindən müzakirə olunub. Millət vəkili Asim Mollazadə bildirib ki, parlament korrupsiyaya qarşı mübarizədə özünün xüsusi töhfəsini verə bilər. "Bununla bağlı müvafiq qanunların üzərində işləmək olar. Xüsusilə təhsil və səhiyyə sahəsində korrupsiyaya qarşı mübarizə üçün buna ehtiyac var",-deyə A.Mollazdə vurğulayıb. Deputat İqbal Ağazadə isə qeyd edib ki, hazırda ölkədə korrupsiyaya qarşı mübarizədə ictimai nəzarət zəifdir. "İstənilən halda bu mübarizəyə ictimai nəazrəti gücləndirmək lazımdır",-deyə o, əlavə edib. Millət vəkili Fazil Mustafa korrupsiya ilə mübarizəni proqram xarakterli islahata çevirməyi təklif edib. Qeyd edək ki, parlamentin bu günki iclasının gündəliyinə 14 məsələ daxil edilib. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək, bir sıra böynəlxalq sazişlər ratifikasiya ediləcək, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunacaq. İclasda həmçinin Gömrük Məcəlləsi layihəsi müzakirə olunacaq, "Dövlət rüsumu haqqında" qanununa əlavə, "Auditor xidməti haqqında" qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr ediləcək.
URL / WWW
http://kelam.az/article/a-2960.html