Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bahar Muradova: "Azərbaycanda həyata keçirilən korrupsiya ilə bağlı mübarizə tədbirləri dövlətin gələcək perspektivinə hesablanıb"
12.02.11 01:19

"Hazırda Azərbaycanda həyata keçirilən korrupsiya ilə bağlı mübarizə tədbirləri dövlətin gələcək perspektivinə hesablanmış proqramlara uyğun həyata keçirilir". KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O, qeyd edib ki, bu mübarizəni hərənin bir cür qiymətləndirməsi təbiidir. Onun sözlərinə görə, ölkədə korrupsiya ilə bağlı aparılan mübarizənin bir istiqaməti mübarizənin şəffaflğının təmin olunması və məlumatların ictimaiyyətə çatdırılmasıdır. "Hesab edirəm ki, aparılan mübarizə bu formada qiymətləndirilməlidir. Daha əsası da odur ki, Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizənin ərəb ölkələrində baş verənlərlə heç bir əlaqəsi yoxdur. Azərbaycanda korrupsiya birdən artmayıb və bu sahədə heç nə baş verməyib. Bunun nə Tunislə, nə də Misirlə heç bir əlaqəsi yoxdur. Ölkəmizdə hər zaman elə adamlar tapılır ki, dünyanın hansısa ölkəsində baş verən hadisələri ölkəmizə gətirmək istəyir, yaxud da həmin hadisələrin burada rezonans doğuracağı barədə proqnozlar verirlər. Onlar eyni zamanda Azərbaycanın atdığı hansısa addımları həmin hadisələrlə əlaqələndirmək istəyirlər. Belə proqnozların heç biri özünü doğrultmayıb. Bu müxalifətin mövqeyidir, fikridir və çin olmayacaq",-deyə B.Muradova vurğulayıb. O, qeyd edib ki, parlamentdə korrupsiya ilə mübarizə ilə bağlı proses daim gedir. "Prezident bu məsələ ilə bağlı sonuncu dəfə mövqeyini açıq formada bildirməyənə və son göstərişlərini verməyənə qədər də dəfələrlə bununla bağlı mövqeyini ifadə edib, tapşırqlarını verib. Müvafiq qurumlarda da bu istiqamətdə işlər gedirdi. Amma dövlət başçısı məsələni daha kəskin, konkret qoyandan sonra məsələ ilə bağlı məlumatlar daha açıq, şəffaf şəkildə cəmiyyətə çatdırılmağa başlanıb. Fərq bundan ibarətdir. İctimaiyyətin bu məsələyə dəstək verməsi hər zaman arzu olunandır. Arzu edərdik ki, ictimaiyyətin ayrı-ayrı nümayəndələri, işlərini məqsədlərini yerinə yetirmək üçün bu korrupsiyanın bir tərəfinə çevrilməsin",-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2959.html