Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » M. Zülfüqarlı: “Minsk qrupu deyir tarixi unut, reallıqla hesablaş”
11.02.11 19:19

Dünya ictimaiyəti Qarabağ probleminə biganədir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Qarabağdakı faciələrlə bağlı 4-5 kitab nəşr edərək beynəlxalq qurumlara göndərib. Lakin dünya informasiya arenasında, bu münaqişənin həllinə çalışan dövlətlərin səylərində də heç bir müsbət dəyişiklik, irəliləyiş olmadı. Səbəb isə bu problemin o dövlətlərin maraqlarında olmamasıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı bildirib. Onun sözlərinə görə, beynəlxalq aləm nə əvvəl, nə də indi Qarabağ probleminin həll olunmasına çalışıb. O bəyan edib ki, bu biganəlik Azərbaycan xalqını növbəti faciələrlə üzləşdirə bilər. “ATƏT-in Minsk qrupu deyir tarixi unut, reallıqla hesablaş. Düşmən Ermənistandırsa, arxasında duran Rusiyadır. Rusiya caynağını Cənubi Qafqazdan çəksə, biz öz problemimizi rahat həll edə bilərik”,- deyə M. Zülfüqarlı qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-2958.html