Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Beynəlxalq təşkilatlardan Dağlıq Qarabağ probleminin həlli üçün iradə tələb edirik”
12.02.11 01:19

Ümid edirik ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı konkret təkliflər səslənəcək. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib. “Onlar neçə dəfədir ki, təkliflərlə çıxış edirlər və bölgəyə müəyyən qəbul edilməsi mümkün olan barışdırıcı, konstruktiv təkliflərlə gəlirlər. Hər iki tərəfin güzəştini və məsələnin qarşılıqlı güzəştlər əsasında həllini hədəfləyən proqramlarla çıxış edirlər, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi, bilərkdən, qəsdən bu məsələni hər dəfə bu və ya digər bəhanələrlə uzatması işlərin reallaşması və münaqişənin aradan qaldırılmasına mane olur. Biz, beynəlxalq təşkilatlar qarşısında da son zamanlar onların ciddi iradə nümayiş etdirmələri ilə bağlı tələblər qoymuşuq, onlara təzyiqlərimizi artırmşıq və Dağlıq Qarabağ probleminin aradan qaldırlmasında onlardan iradə tələb edirik. Əgər bunlar olmayacaqsa, biz artıq məcburuq ki, bu beynəlxalaq təşkilatların çərçivəsindən kənarda torpaqlarmızın azad olunması məsələsi ilə məşğul olaq”,-deyən Ə.Həsənov ATƏT-in Minsk Qrupunun bu səfərində hər hansı müsbət meylin müşahidə olunacağına ümid etdiyini söyləyib və bunun da Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümidverici addımlara əsas verəcəyini qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-2956.html