Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ANAMA yanvar ayında 2,280,925 kv/m ərazini mina və PHS-dən təmizləyib
10.02.11 16:24

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cari ilin yanvar ayı ərzində 2,280,925 kv/m ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANAMA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, hesabat dövrundə 3,366 PHS və 4 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 37 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 153,901,843 kv/metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 643,955-dir. Agentlik tərəfindən təmizləmə əməliyyatları Beyləqan, Füzuli, Ağjəbədi, Tərtər, Ağdam, Gəncə, eyni zamanda, Ağstafa rayonu Saloğlu kəndində və Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir. Qeyd edək ki, 2011-ji ilin yanvar ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.
URL / WWW
http://kelam.az/article/a-2952.html