Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision-2011” Milli Finalda ulduzlar iştirak edəcək
11.02.11 02:24

“Eurovision-2011” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün fevralın 11-də keçiriləcək milli final konsertində Eurovision ulduzlarının da çıxışları nəzərdə tutulur. Bu barədə məlumatı KƏLAMİNFO-ya İctimai TV-dən veriblər. Bu dəfəki şouda izləyicilərə Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsində 2010-cu ildəki təmsilçisi Safura, Gürcüstan təmsilçisi Sofia Nijaradze, San Marinonun “Eurovision-2011”-dəki təmsilçisi Senit, İsveşrənin nümayəndəsi Anna Rossinellin, dünyada tanınmış DJ Devit Vendettanın və digər qonaqların ifaları təqdim olunacaq. Final konserti İctimai Televiziya ilə yanaşı Eurovision TV, Gürcüstanın İctimai Telviziyası və TRT vasitəsilə canlı yayımlanacaq. Konsertin sonunda isə Münsiflər Heyətinin səsverməsi nəticəsində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçisi müəyyən ediləcək. Qeyd edək ki, final mərhələsində 5 ifaçı Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova mübarizə aparacaq. Konsert Azərbaycan Akademik Milli Dram Teatrında keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-2951.html