Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident: “Mən çox şadam ki, 20 il ərzində Azərbaycan nəinki öz müstəqilliyini qoruya bilib, həm də bu yolda çox böyük uğurlara nail olub”
10.02.11 16:24

“Biz bu il müstəqilliyimizin 20 illik yubileyini qeyd edəcəyik. Bu, böyük tarixdir və böyük mərhələnin başa çatması deməkdir. Mən çox şadam ki, bu 20 il ərzində Azərbaycan nəinki öz müstəqilliyini qoruya bilib, həm də bu yolda çox böyük uğurlara nail olub.” KƏLAMİNFO xəbər verir ki, bunu prezident İlham Əliyev Tovuzda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib. “Müstəqilliyimiz möhkəmlənir, dövlətçiliyimiz möhkəmlənir. Bizim siyasi addımlarımız, həm ölkə daxilindəki, həm beynəlxalq müstəvidəki addımlarımız Azərbaycan xalqının maraqlarına xidmət edir. Biz öz sözümüzü müxtəlif tribunalardan deyirik, öz mövqeyimizi bildiririk. Hər bir məsələ ilə bağlı, hər bir beynəlxalq hadisə ilə bağlı bizim öz müstəqil mövqeyimiz var və bu mövqeyi müdafiə edirik. Azərbaycanın dövlətçiliyini, ictimai-siyasi quruluşunu müdafiə edirik və müdafiə edəcəyik. Bu, bizim yolumuzdur. Bu yolu Azərbaycan xalqı seçibdir. Biz bu yolla gedəcəyik və heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Bu, inkişaf yoludur, müasirlik yoludur. Eyni zamanda, bizim bütün işlərimiz milli dəyərlər, milli ənənələr üzərində qurulubdur. Bu, bizim gücümüzün əsas mənbəyidir. Ancaq biz gələcəyə baxmalıyıq. Müasir ölkə qurmaq üçün dünyada bizim milli mentalitetimizə uyğun olan ən qabaqcıl təcrübəni ölkəmizdə tətbiq etməliyik”,-deyə prezident vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2950.html