Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Azərbaycan- Rusiya münasibətlərində dinamizm açıq- aydın müşahidə olunur”
11.02.11 01:05

Son iki ildə Azərbaycan- Rusiya münasibətlərində dinamizm açıq-aydın müşahidə olunur. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. Onun sözlərinə görə, bunun göstəricisi olaraq artıq hər ilin əvvəli Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narişkinin Azərbaycana səfəri ənənə halını alıb. “Bu il Azərbaycanda Rusiyanın İnformasiya Mədəniyyət Mərkəzinin açılması və yaxın günlərdə növbəti forumun keçirilməsi iki ölkə arasında münasibətlərin müsbət perspektivlərindən xəbər verir”,-deyə ekspert vurğulayıb. M.Əhəmədoğlu qeyd edib ki, ötən il Rusiyadakı azərbaycanlıların öz ölkələrinə 676 mln. dollar vəsait göndərməsi və Rusiyanın “Qazprom” şirkətinin Azərbaycandan aldığı qazın miqdarını 2,5 dəfə artırması da iqtisadi bağlılığın artmasından xəbər verir.
URL / WWW
http://kelam.az/article/a-2948.html