Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev: “Mən öz işimdə Azərbaycan xalqına arxalanıram”
11.02.11 02:05

“Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyim tapşırıqlar yerinə yetirilir” KƏLAMİNFO xəbər verir ki, bunu prezident İlham Əliyev Qazaxda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib. "Azərbaycanda böyük işlər görülür, hələ çox işlər də görülməlidir. Biz ölkəmizi müasirləşdirməliyik, bütün cəhətlərdən - həm siyasi islahatlar, həm də iqtisadi islahatlar baxımından inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmalıyıq. Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat verin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq",-deyə prezident İlham Əliyev bildirib Prezident qeyd edib ki, Azərbaycanın qarşısında çox böyük perspektivlər var. "Azərbaycan sözün əsl mənasında inkişaf etmiş ölkəyə çevrilməlidir və bu, bizim məqsədimizdir. Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Baxmayaraq ki, dünyada inkişaf etmiş ölkələrin sayı çox deyil, hesab edirəm, bizim imkanımız var ki, biz bütün meyarlar üzrə o sıraya daxil olaq. Bunu etmək üçün təkcə iqtisadi uğurlar kifayət deyil. Ölkədə gərək bütün sahələr ən yüksək meyarlarla ölçülsün. Sosial təminat, infrastruktur layihələri, sosial ədalət prinsiplərinin bərqərar olması, məhkəmə-hüquq sistemində aparılan islahatlar və ədalətli qərarların çıxarılması, icra orqanlarında şəffaflığın təmin olunması, bütün maliyyə sistemimizdə şəffaflığın maksimum dərəcədə təmin olunması, ictimai nəzarət, demokratiyanın inkişafı - yəni inkişaf etmiş ölkələr bax bu sahələrdəki uğurlar hesabına inkişaf etmiş ölkələr hesab olunur. Biz də bu yolla getməliyik, başqa yolumuz yoxdur. Bunu etmək üçün əlbəttə ki, təkcə rəhbərliyin siyasi iradəsi kifayət etməz. Burada bütün ictimaiyyət, bütün vətəndaşlar bir olmalıdırlar. Biz bir məqsədə qulluq etməliyik ki, ölkəmiz inkişaf etsin, güclənsin, sosial rifah daha da yüksək səviyyədə olsun, iqtisadiyyat daha da möhkəm olsun. Belə olan halda uzunmüddətli inkişaf strategiyamız öz nəticəsini verəcəkdir",-deyə dövlət başçısı vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, o öz işində Azərbaycan xalqına arxalanır. "Bu arxanı, dayağı mən hiss edərək bütün bu işləri görürəm. Bu olmasaydı, Azərbaycanda heç bir iş görmək mümkün olmazdı. Gələcəkdə bizi daha da böyük işlər gözləyir. Azərbaycan artıq inkişaf yolundadır. Biz bu inkişafı əbədi etməliyik. Elə etməliyik ki, hər bir vətəndaş yaxşı yaşasın, hər bir vətəndaşın problemləri həll olunsun, ölkəmizdə bütün problemlər həll edilsin və dünya miqyasında Azərbaycan daha da güclü yerə malik olsun",-deyə prezident bildirib.
URL / WWW
http://kelam.az/article/a-2947.html