Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “İranda artıq anlayırlar ki, Azərbaycana qarşı Ermənistan alət kimi zəifləyib”
09.02.11 18:44

“İran Azərbaycanın inkişafının qarşısını almaq üçün Ermənistandan alət kimi istifadə edir”. Bunu KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. O, qeyd edib ki, bu, neçə illərdir İran regionda apardığı siyasətin episentri idi. “Lakin, indi Tehranda anlayırlar ki, Ermənistan alət olaraq özünü doğrultmur, əlavə alətə zərurət yaranır. Bunun üçün də Tehran artıq dini faktorları ön plana çəkir”,-deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, bundan sonra Azərbaycana qarşı İranın əlində iki alət olacaq; biri tədricən zəifləyən Ermənistan, ikincisi də tədricən aktivləşən dini- ayinlərdən istifadə etmək. “İran bununla Azərbaycanı yumşaq yerindən vuracağını düşünür. Lakin, Tehran nəzərə almır ki, İrandan fərqli olaraq Azərbaycan tolerant ölkədir”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2946.html