Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: “Beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir”
10.02.11 02:44

“Son zamanlar beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir”. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. "Münaqişənin mövcud olduğu dövrdə beynəlxalq təşkilatların yürütdüyü siyasət, reallaşdırdığı tədbirlər Azərbaycanı tam qane etmir. Ona görə ki, beynəlxalq hüquq normaları aydın şəkildə pozulduğu halda Ermənistana qarşı beynəlxalq təşkilatlar tərəfindən açıq-aşkar təzyiq müşahidə olunmur",-deyə Ə. Həsənov vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar sadəcə fiksiya edirlər ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, Ermənistan qoşunları Azərbaycan ərazisini işğal edib və bu işə son qoyulmalıdır.
URL / WWW
http://kelam.az/article/a-2945.html