Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirməyə başlayıb
10.02.11 02:42

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirməyə başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-dan veriblər. Seminarlar TQDK-nın təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılır. Seminarlarda imtahan prosesinin idarə olunmasında zal nəzarətçisinin üzərinə düşən vəzifələr, təlimati qaydalar ətraflı izah olunur. Bu prosedurları nəzarətçi-müəllimlərə dəqiqliklə çatdırmaq üçün məşğələlər 25-30 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə olunur. Seminarlarda həmçinin, nəzarətçi-müəllimlərin fərdi keyfiyyətləri yoxlanılır, şəxsi anket məlumatları dəqiqləşdirilir, imtahanın gedişində rast gəlinən problemlər sistemləşdirilir və həlli yolları sadalanır, nəzarətçi-müəllimlərin xüsusi hallarda operativ qərar qəbul etmə qabiliyyətləri interaktiv üsullarla – sorğu-suallarla müəyyənləşdirilir. Seminarlarda iştirak edən müəllimlər, xüsusilə ilk dəfə cəlb olunan müəllimlər aprel ayından etibarən TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Onların bu imtahanlarda fəaliyyətləri TQDK-nın əməkdaşları və imtahan rəhbərləri tərəfindən qiymətləndiriləcək, nəzarətçinin qəbul imtahanlarına hazır olub-olmaması barədə rəy veriləcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar. TQDK-nın nəzarətçilər bazası 8000-dək müəllim və təhsil işçisindən ibarətdir. Onların imtahanlara nəzarətçi kimi cəlb olunması təhsil şöbələri və ümumtəhsil məktəblərinin təqdimatı əsasında, müqavilə yolu ilə aparılır.
URL / WWW
http://kelam.az/article/a-2941.html