Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » AMEA Ədəbiyyat İnstitutunda “Turan Mübarizi” kitabının təqdimat mərasimi keçirilib
09.02.11 18:42

Bu gün AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü, polkovnik Yəhya Yusif Caniyarın “Turan Mübarizi” kitabının təqdimat mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, kitab cəbhə bölgəsində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına həlak olan, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunub. Çoxsaylı elm xadimlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov cəbhə bölgəsində düşmənin hücumunu dəf edərkən misilsiz şücaət göstərib. M.İbarihimovun həmin hücum zamanı düşmənin 100-ə yaxın hərbçisini məhv etdiyini xatırladan akademik B.Nəbiyev qeyd edib ki, həmin hadisə nəticəsində Ermənistanda 3 gün matəm elan olunub. M.İbrahimovun Azərbaycan tarixində xüsusi yeri oluduğunu diqqətə çatdıran akademik bildirib ki, onun həyat və fəaliyyəti gənclər üçün nümunədir və bu, Azərbaycanda geniş yayılmalıdır. Tədbirdə digər çıxış edənlər də M.İbrahimovun həyat və fəaliyyəti, onun keçdiyi şərəfli tarixi yol barədə ətraflı məlumat veriblər. Qeyd edək ki, 1000 tirajla çap edilən kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmlidir.
URL / WWW
http://kelam.az/article/a-2940.html