Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Azərbaycan ailəsi-2011” film festivalı başlayır
10.02.11 02:41

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onlara ailə dəyərlərinin aşılanması məqsədilə hər il olduğu kimi bu ildə “Azərbaycan ailəsi-2011” adlı film festivalına start verir. KƏLAMİNFO xəbər verir ki, festivala həsr olunmuş mətbuat konfransında çıxış edən AQUPDK sədrinin müavini Aynur Sofiyeva bidirib ki, üç ay davam edəcək “Azərbaycan ailəsi-2011” filmlər festivalına materialların təqdimatı aprel ayının 25-də yekunlşacaq və mayın 12-də təntənəli bağlanış mərasimi keçiriləcək. A. Sofiyeva vurğulayıb ki, festival Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə layihəsi çərçivəsində həyata keçirilir. A.Sofiyeva qeyd edib ki, festival “Ən yaxşı film”, Ən yaxşı televiziya proqramı”, “Ən yaxşı tələbə filmi”, “Ən yaxşı xarici film” nominasiyaları üzrə keçirilir. “Müsabiqənin məqsədi istimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək, ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaq, ailə dəyərlərinə marağı artırmaq, gənc ailələrdə yüksək mənəvi dəyərlərin aşılanması və ölkədə maarifləndirmə işlərinin aparılması üçün videomateriallardan ibarət fondun yaradılmasıdır”,-deyə A.Sofiyeva vurğulayıb. Azərbaycan Dövlət Film Fondunun direktoru, Cəmil Quliyev isə qeyd edib ki, bütün yaradıcı insanlar burada özlərini sınaya bilərlər. Onun sözlərinə görə, müsabiqədə təkcə azərbaycanlı rejissorlar deyil, eləcə də xarici rejissorlar da iştirak edə bilərlər.
URL / WWW
http://kelam.az/article/a-2939.html