Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gün Təhlükəsiz İnternet Günüdür
08.02.11 19:08

Bu gün dünyada Təhlükəsiz İnternet Günü kimi qeyd olunur (Safer Internet Day). Bu gün Azərbaycanda da qeyd olunur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, 2004-cü ildə Avropa Komissiyası tərəfindən təşəbbüs edilən bu gün internetin təhlükəsizliyinin təmin olunması istiqamətində reallaşdırılan qlobal kampaniyanın bir hissəsidir və hər il fevralın ilk çərşənbə axşamı qeyd olunur.Həmin gün təşkil olunan tədbirlər internet-texnologiyaların əsasən uşaqlar və gənclər arasında daha təhlükəsiz və məsuliyyətli istifadə olunmasının təbliğatına yönəldilir. Təhlükəsiz İnternet Gününün Avropa İttifaqının dəstəyi ilə əsas təşkilatçısı və əlaqələndiricisi INSAFE (European Safer Internet Network) təşkilatıdır. 2011-ci ilin mövzusu “Bu adi bir oyundan daha ciddidir, bu sənin həyatındır” şüarı ilə cəmləşdirilən “Bizim virtual həyatlarımız” anlamıdır. Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda Təhlükəsiz İnternet Gününə (Safer Internet Day) həsr olunmuş tədbirlər keçirilir.
URL / WWW
http://kelam.az/article/a-2935.html