Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dünyanın 147 ölkəsi ilə 27,9 mlrd. dollar məbləğində idxal-ixrac əməliyyatları aparılıb
08.02.11 19:08

Ötən il Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 147 ölkəsindəki tərəfdaşları ilə 27,9 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıblar. Dövlət Statistika Komitəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 21,3 mlrd. dollarını və ya 76,4 faizini Azərbaycandan ixrac olunmuş mallar, 6,6 mlrd. dollarını (23,6 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil edib. 2009-cu illə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 34,1 faiz, o cümlədən ixrac 45,1 faiz, idxal 7,8 faiz artıb. Hesabat dövründə ixrac idxalı 3,2 dəfə üstələyib və 14,7 mlrd. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb. Xarici ticarət əməliyyatlarının dörddə üç hissəsi İtaliya, Fransa, Rusiya Federasiyası, İsrail, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Çin, Xorvatiya, İndoneziya, Malayziya, Sinqapur və Almaniya dövlətləri ilə aparılıb.
URL / WWW
http://kelam.az/article/a-2933.html