Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Cari ilin yanvar ayında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsi 1,2 mlrd. manat olub
08.02.11 19:08

Cari ilin yanvar ayında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin yanvar ayına nisbətən 8,6 faiz artaraq 1,2 mlrd. manat olub. Dövlət Statistika Komitəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, dövriyyənin 14,3 faizi hüquqi şəxslərin, 45,4 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 40,3 faizi yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına formalaşıb. Ay ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 812,9 mln. manatlıq ərzaq məhsulları, 411,2 mln. manatlıq qeyri-ərzaq malları alıblar. Yanvar ayında əhaliyə 411,0 mln. manatlıq və ya 10,3 faiz çox pullu xidmətlər göstərilib. Xidmətlərin 79,0 faizi hüquqi, 21,0 faizi fiziki şəxslərin payına düşüb və onların tərəfindən əhaliyə müvafiq olaraq 7,3 və 23,2 faiz çox pullu xidmət göstərilib.
URL / WWW
http://kelam.az/article/a-2932.html