Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bərpa və konsevrasiya işləri ilə bağlı açıqlama yayıb
09.02.11 02:04

konsevrasiya işləri həyata keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya İdarədən veriblər. Görülən işlər Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a əsasən aparılır. Bunun nəticəsində A.Zeynallı küçəsi, 20 ünvanında yerləşən və 1890-cı ildə inşa olunmuş tarixi binada təmir-bərpa işləri başa çatıb. Binanın fasadı qabaqcıl texnologiyaların köməyi ilə bərpa edilərək tarixi görkəmi özünə qaytarılıb və bina möhkəmləndirilib. Binanın daxili yüksək standartlara uyğun olaraq təmir olunub, Heydər Əliyev guşəsi yaradılıb, Toğrul Nərimanbəyov, Elbəy Rzaquliyev, Böyükağa Mirzəzadə kimi məşhur rəssamların İçərişəhəri özündə əks etdirən rəsm əsərləri ilə bəzədilib. Simsiz internetlə təmin olunmuş binada iclas zalı, danışıqlar otağı, işçilərin asudə vaxtlarının keçirilməsi üçün sahə mövcuddur. Əvvəllər yaşayış binası olmuş daha sonra “Azərbərpa” Elmi Tədqiqat İnstitutu yerləşən binada Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bərpadan sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi fəaliyyət göstərməyə başlayıb.
URL / WWW
http://kelam.az/article/a-2930.html