Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Deputat: “Avropa təşkilatları Ermənistanın işğalçılıq faktının üstündən sükutla keçir”
08.02.11 19:04

“ATƏT-in faktaraşdırıcı missiyasının əldə etdiyi faktlar yəqin ki, Ermənistanın qanunsuz əməllərini qabarıq şəkildə göstərir”. KƏLAMİNFO xəbər verir ki, bu barədə YAP-ın rəsmi saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib. O, hesab edir ki, bu səbəbdən missiya balanslaşdırıcı məruzə hazırlaya bilmir və indiyə qədər hesabatı təqdim etmir. “Hələ 2005-ci ildə faktaraşdırıcı missiya öz hesabatında məsələni nə qədər yumşaltmağa çalışsa da, Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur olub. İndiki hesabatın da bu səbəblərdən gecikməsi mümkündür. Bununla belə, hesabat nə vaxtsa açıqlanmalıdır. Şübhə yoxdur ki, bu hesabatda da Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına məhəl qoyulmamasına, mədəni-tarixi abidələrin dağıdılmasına, işğal olunmuş torpaqlarımızda süni surətdə qanunsuz məskunlaşma həyata keçirilməsi barədə faktlara rast gəlinəcək”,-deyə millət vəkili vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar bir qayda olaraq hər hansı dövlətlər arasında münaqişə olarkən ortaq məxrəc tutmağa çalışır və bu, çox qüsurlu bir praktikadır. “Onlar günahkarı axtarmır, tərəfləri barışdırmağa çalışırlar. 20 ildən çox müddətdə də heç kəs Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyinin, 1 milyondan çox insanın məcburi köçkün vəziyyətə düşməsinin fərqinə varmır. Avropa təşkilatları Bakı və İrəvanı sülhə çağırırlar, amma bütün bunların kökündə dayanan Ermənistanın işğalçılıq faktının üstündən sükutla keçirlər”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2927.html