Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Qərbin mövqelərinin Qafqazda zəifləməsi İranın bu regionda olan marağının artmasına rəvac verdi”
08.02.11 19:04

“Son bir ildə ABŞ-ın, eləcə də Qərbin mövqelərinin Qafqazda zəifləməsi İranın bu regionda olan marağının artmasına rəvac verdi”. Bunları KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloqun fikirincə, eyni paraleldə Türkiyənin də Qafqaza marağı qətiyyən azalmayıb. “Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə olarkən həmkarı Əhməd Davudoğlu digər məsələlərdən daha çox Qafqazda olan problemləri müzakirə etdi. Belə bir tendensiya Rusiya- Türkiyə arasında son zamanlar daha tez-tez cərəyan etməkdədir. Bu da Ankaranın Qafqazla daha çox maraqlanmasından xəbər verir”,-deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, eyni həmlə ilə İran da regionda olan iri maraqlarını gizlətmir. “Türkiyədən fərqli olaraq Tehran daha aqressiv vasitələrə əl atır ki, son vaxtlar İranla bağlı proseslər buna əyani sübutdur”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2926.html