Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ekspert: “M.Brayza Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən işlər görəcək”
09.02.11 02:04

“İstənilən halda Metyu Brayzanın Azərbaycana səfir kimi gəlməsi üstün haldır. Çünki, o, Cənubi Qafqaz regionu, eləcə də Azərbaycanın hökumət və qeyri-hökumət təşkilatları, müxalifəti yaxından tanıyır”. Bunları KƏLAMİNFO-ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. O, qeyd edib ki, bir diplomat üçün bu üstünlüklər kifayət qədər vacib haldır. “Ona görə də M.Brayza dərhal işinə başlaya biləcək. M.Brayza hamımıza tanış olan bir şəxsdir. ATƏT-in Minsk Qrupunun həmsədri, Dövlət Departamentinin Cənubi Qafqaz üzrə bölməsində müxtəlif vəzifələrdə çalışıb. Bu baxımdan gözlənilən budur ki, o, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən işlər görəcək. Lakin yenə də səfirin funksiyaları fərqlidir. O, yalnız Amerikanın istədiyi siyasəti yerinə yetirəcək”,-deyə ekspert vurğulayıb. E.Şahinoğlunun sözlərinə görə, M.Brayzanın bir üstünlüyü də ondan ibarətdir ki, bölgəni, eyni zamanda rəsmilərimizi, müxalifət liderlərini, QHT nümayəndələrini bir neçə il öncədən tanıyır. “Yəni, onun üçün yeni insanlarla tanış olmağa ehtiyac olmayacaq. Dərhal diplomatik fəaliyyətə keçəcək ki, bu da regionda müəyyən qədər dəyişikliyə səbəb olacaq”,-deyə o, əlavə edib. Qeyd edək ki, M.Brayza artıq ötən gündən ABŞ-ın ölkəmizdəki səlahiyyətli səfiri kimi fəaliyyətə başlayıb.
URL / WWW
http://kelam.az/article/a-2925.html