Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Səməd Seyidov Polşa səfiri ilə görüşüb
08.02.11 19:04

Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labenda ilə görüşüb. Görüşdə universitetlərarası əlaqələr və bir sıra maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər. S.Seyidov universitetdə bir çox istiqamətlər üzrə müxtəlif ixtisasların mövcud olduğunu bildirib. Səfir Mikal Labenda ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib. Diplomat Polşa universitetləri və ADU arasında gələcək əməkdaşlıq perspektivlərinin də olduğunu deyib. Mikal Labenda Polşa universitetlərində Azərbaycan dilinin tədrisinin və Azərbaycanşünaslıq ixtisasının açılmasının mümkünlüyündən danışıb.
URL / WWW
http://kelam.az/article/a-2921.html