Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Uşaq Hüquqları Konvensiyasının 20 illiyi münasibəti ilə Dəyirmi masa keçiriləcək
16.11.09 21:37

Noyabrın 19-da Atatürk Mərkəzində, BMT Baş Assambleyasının qəbul etdiyi Uşaq Hüquqları Konvensiyasının 20 illiyi münasibəti ilə Dəyirmi masa keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən veriblər. Yığıncaqda çıxış və təqdimatlar ediləcək və AR Uşaq Hüquqları Konvensiyasını 1992 ildə ratifikasiya etməsindən sonra ölkədə həyata keçirilən tədbirlər müzakirə olunacaq. Bundan əlavə tədbirdə Azərbaycanın Konvensiyanın həyata keçirməsində üzləşdiyi əsas problemlər, Konvensiyanın həyata keçirilməsində əldə edilən nailiyyətlər və misallar, gələcəkdə yarana biləcək çətinliklər və potensial problemlərin müəyyən edilməsi, Konvensiyanın həyata keçirilməsinin sürətləndirilməsi üçün məsləhətlərə toxunulacaq.
URL / WWW
http://kelam.az/article/a-291.html