Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Ölkə liderlərinin aqressiv övladları
08.02.11 16:58

Son illər dünya mətbuatı müxtəlif ölkə liderlərinin övladlarının öz ölkələrində hakim mövqedən sui-istifadə edərək ərköyün hərəkətlərindən bəhs edib. Xüsusən də bu övladların dünya ölkləri arasında iri siyasi oyunlara təsir hərəkətlərindən yazılır. Bu hərkətlər arasında iri maliyyə oyunlarından tutmuş müxtəlif mafia dilaoqlarına qədər yer alır. AZADİNFORM bunlar arasında ən çox diqqət cəlb edənləri təqdim edir.

Hannibal Qəddafi- Liviya lideri Müəmmar Qəddafinin oğludur. 34 yaşı var. Ola bilər ki, ata Qəddafi son illər Qərbin yanında nüfuzunu bir qədər yüksəldə bilib. Amma görünür, bu işdə onun ən böyük problemi ipə-sapa yatmayan oğlu Hannibaldır. Öz adaşı kimi bütün Avropanı bir-birinə qatıb. Hannibal ilk dəfə 2004-cü ildə Parisdə yüksək sürətlə sürdüyü “Porsche” ilə radarlara düşüb. Həm də içkili və yolu hərəkət istiqamətinin əksinə gedirmiş. O vaxt  Kopenhagendə biznes təhsili alan Hannibal diplomatik toxunulmazlıq hüququ olduğu üçün azad edilir. İkicə ay sonra isə Parisdə otellərdən birində qız dostunu döyən Hannibal polisə düşür. Əlində tapança ilə polisi qarşılayan gənc Qəddafini güclə zərərsizləşdirmək mümkün olur.
Bu dəfə də azad ediləndən az sonra polis yenə başqa bir otelə çağırıldı. Hannibal orada da mebelləri sındırdığına görə otelin sahibi polisə şikayət edib. Amma bu dəfə Hannibal otelə hücuma görə cərimələndi. Bundan da dərs almayan Hannibal keçən il İsveçrədə həbs olundu. O, oteldə iki xidmətçini döyüb. Müəmmar Qəddafinin bu hadisələrə reaksiyası isə İsveçrə diplomatlarının müvəqqəti də olsa Liviyadan qovulması oldu.
Dariqa Nazarbayeva-
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızıdır. 40 yaşı var. Qazaxıstanda atasının rəhbərlik etdiyi “Otan” partiyasına yeganə nativ olan “Asar” partiyasına rəhbərlik edir. Ölkəsində kifayət qədər geniş biznes şəbəkəsi var. Hətta bu yaxınlarda ata-bala partiyalarının birləşməsi barədə qərar da veriblər. Ötən aylarda biznes qalmaqalı üstündə əri Rahat Əliyevdən boşandıqdan sonra ikinci beynəlxalq axtarışa verilib. “Şayiələr çoxdur. Bir məsələni təsdiq edə bilərəm ki, biz boşanmışıq. O, mənim iş prinsiplərimə çox qarışırdı”,-deyə Dariqa bildirib.
Kim Çen Nam -
Şimali Koreyanın lideri Kim Çen İrin ortancıl oğludur. 39 yaşı var. 2001-ci ildə Nam arvadı və oğlu ilə birlikdə saxta Dominikan pasportu ilə qanunsuz olaraq Yaponiyaya girmək istəyərkən Tokionun “Narita” aeroportunda həbs olunub. Polisə dediyinə görə, guya “Disneylend”ə getmək istəyib. Bu hadisə Namın atası üçün olduqca alçaldıcı hərəkət olub. Ondan sonra Namın adı hakimiyyətin varisi namizədliyindən silinib. Onun yerinə hakimiyyət sırasında kiçik qardaşı Kim Çen Unun adı hallanır. Bu yaxınlarda Kim Çen Nam olduğu deyilən bir adam Yaponiyada qumar oynayan yerdə yerli televiziyada görünüb. Jurnalistə bildirib ki, gələcəkdə hakimiyyətdə kimin olacağı onu o qədər də maraqlandırmır. Həmin adam ölkədən qovulduğu haqqında iddiaları da rədd edib. Bildirib ki, Yaponiyaya yalnız əyləncə üçün gəlib.
Hu Hayfen- 
Çin lideri Hu Szintaonun 39 yaşlı oğludur. Son bir ilə qədər Hu Hayfen haqqında Çindən kənarda heç nə məlum deyildi. O, “Nuctech” skaner şirkətinin sahibidir. Belə görünür atasının əlaqələrindən istifadə edərək Çində aeroportların skanerlə təmin edilməsi kimi karlı layihələri ələ keçirib. Bir neçə il əvvələ qədər o, öz adını kağızlardan gizləyə bilirdi. Amma iyul ayında Namibiya hökuməti “Nuctech” şirkətini korrupsiya faktı barədə araşdırmanın predmeti elan edəndən sonra Hu Hayfen adı ortaya çıxdı. Namibiya hökumətinin iddiasına görə ölkənin aeroportlarını skanerlə təchiz etməyə müqavilə əldə etmək üçün Nuctech şirkəti yerli məmurlara rüşvət təklif edib. Hayfen adı şübhəli kimi hallanmasa da Namibiyanın baş prokuroru özü şəxsən Pekinə gedib onun şahid kimi dindirilməsinə çalışıb. Bu qalmaqal barədə məlumatlar ortaya çıxandan sonra Çində medianın informasiyalara çıxışına maneə yaradılıb. İnternetdə yerli arama motorlarına “Hu Haifeng”, “Namibia”, “Namibia bribery investigation”, “Nuctech bribery investigation”, “southern Africa bribery investigation” kimi sözlərin tapılmasına məhdudiyyət qoyulub. Görünür, bu işdə Hayfenə bacısının əri kömək edib. O, Çində internetdə ən böyük arama motorunun rəhbəridir.
Mark Tetçer-
Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin böyük oğlu. İndi 57 yaşı var. “Dəmir Ledi”nin bu həvəskar oğlu 2004-cü ildə Cənubi Afrikada evində həbs olundu. Onu ölkənin möhtəkirlik əleyhinə qanunlarını pozaraq Ekvatorial Qvineyada çevrilişi maliyyələşdirməkdə ittiham edirdilər. Mark hər hansı çevriliş planlarından xəbərsiz olduğunu bildirdi. Sonradan isə möhtəkirlərin istifadə etdiyi helikopterdən xəbəri olduğunu, amma onların niyyətlərini bilmədiyini dedi. Onu 500 min dollar cərimələyib ölkədən çıxardılar. Monakoda çevrilişdə adı hallanandan sonra Mark Tetçerin ABŞ-a səfəri üçün də viza verilmədi. Tetçerin öz nüfuzunu təmizləməsi üçün çalışdığı bir vaxtda Monako da ona bu ölkədə yaşayış icazəsi vermədi.
Gülnarə Kərimova-
Özbəkistanın prezidenti İslam Kərimovun 38 yaşlı qızı. Gülnarə Kərimova Avropada zəngin və xeyirxah bir adam kimi tanınır. Öz ölkəsində isə onu diktator atasını hakimiyyətdə əvəz edəcək namizəd, atasının hakimiyyət imkanlarından öz şəxsi var-dövlətini artırmaq üçün istifadə edən bir adam kimi tanıyırlar. G.Kərimova 2001-ci ildə əfqan mənşəli amerikan iş adamı ərindən boşanandan bəri informasiya məkanındadır. Boşanandan dərhal sonra keçmiş ərinin “Coca-Cola” şüşəsi istehsal edən fabrikini bağlatdırdı, onun üç yaxın adamı həbs olundu, 24-ü isə silah gücünə ölkədən qovuldu. Özbəkistanda çay biznesini əlində saxlayan Gülnarə Kərimova 2006-cı ildə onun biznes maraqlarına ziyan vuran rəqib şirkətə maskalı və silahlı adamlar göndərib, həmin şirkəti bağlatdı. Son illər Gülnarə diqqətini özünün müğənnilik karyerasına yönəldib. Onun “GooGooSha” (atası onu uşaqlıqda belə çağırırmış) adı ilə çəkdirdiyi klip 2006-cı ildən bəri Özbəkistanın MTV kanalında daim göstərilir.
Sandar Vi
- Myanmanın keçmiş baş naziri və prezidenti Ne Vin qızı. İndi 58 yaşı var. 1962-1988-ci illərdə ölkəni idarə etmiş qoca diktator qızı Sandara hədsiz dərəcədə çox güvənməyə başlayıb. 1980-ci illərdə Sandar demək olar ki, ölkənin qeyri-rəsmi rəhbərinə çevrilmişdi. O, partiya liderlərinin atası ilə bütün əlaqələrinə nəzarət edirdi. 1988-ci ildə atası geriləyəndə Aun San Su Çjinin rəhbərliyi ilə ölkədə başlayan demokratik proseslərin ən böyük əngəlinə çevrildi. Hərbi xunta yenidən ölkəni ələ keçirəndən sonra isə ailənin biznes yatırımlarının qorunub artırılması üçün çalışdı. 2000-ci ilin əvvəllərində Sandar Vinin əri və üç oğlu xuntaya qarşı çevriliş hazırlamaqda ittiham edilərək həbs olunub. Çoxları bu çevriliş planının arxasında onun ideyalarının olduğunu düşünsə də hələlik Sandarın özünü tutmayıb, ev dustağı ediblər. Amma dekabr ayında onun azad edildiyi haqqında məlumatlar yayıldı.
Pinthonqtha Çinavat-
Tailandın keçmiş baş naziri Taksin Çinavatın qızı. İndi 28 yaşı var. Pinthonqtha Çinavat 2004-cü ildə Tailandda ən varlı sərmayədar olanda çox az adam buna təəccübləndi. Qardaşı Pantonqte ilə Tailand kommunikasiya şirkətindən 329,2 milyon pay aldılar. Sonra isə onun hər birini 50 dəfə bahasına Sinqapur şirkətinə satdılar. Alınan pulları da onların ataları vergidən yayındırdı. Atası hakimiyyətdən gedəndən sonra Pinthonqtha həm özünü, həm də atasının var-dövlətini qorumalı oldu. 2007-ci ildə Tailand məhkəməsi qərar çıxardı ki, o və qardaşı 293.6 milyon dollar vergi ödəməlidir. Bu ilin fevralında isə məhkəmə onların 350 milyon dollarının dondurulması barədə qərarını təsdiqlədi. Pinthonqtha Çinavat həmçinin, atasının var-dövlətini aşkar şəkildə müdafiə edir. Ola bilsin ki, o, ailənin sərvətinin əsas hissəsini xarici ölkələrdəki hesablarında saxlayır. Ona görə də rahat-rahat davranır.
İyabo Obasanco-Bello
- Nigeriyanın keçmiş prezidenti Oluşequn Obasanconun 43 yaşlı qızı. İyabo Obasanco-Bello ABŞ-da yaxşı tibb təhsili alıb. Bu sahədə araşdırmaları ilə tanınmağa başlayarkən 2004-cü ildə ABŞ-da doğulan oğlunu da götürüb vətəninə döndü. Əri onu adam qaçırmaq ittihamı ilə məhkəməyə verdi. Obasanco isə onu məhkəməyə verib ki, uşaq üçün 35 min dollar alimenti vermir. Evə dönəndən sonra o, qərara gəlib ki, «ailənin biznesinə» qoşulsun. Atasının hakimiyyətində tibb komissiyasının rəhbəri oldu, 2006-cı ildə isə Nigeriya Senatına seçildi. 2006-cı ildə Obasanconun minlərlə dollar rüşvət alması barədə xəbərlər yayıldı. Onun bir Avstriya şirkətinin hökumətdən enerji müqaviləsi əldə etməsinə kömək etməyin əvəzinə həmin şirkətindən rüşvət kimi «Toyota Land Cruiser» alması barədə məlumat var. Obasanco həmçinin, Nigeriyanın onsuz da çox az olan səhiyyə büdcəsindən öz şəxsi ehtiyacları üçün 85 000 dollar çıxarmaqda ittiham olunur. İyabo Obasanco-Bello isə bütün bu iddiaların ondan pul qoparmaq üçün düşünülən bir şantaj olduğunu deyir.
Şeyx İssa Bin Zayed əl-Nayhan
- Birləşmiş Ərəb Əmirliklərinin keçmiş prezidenti Zayed bin Sultan Əl-Nayhanın oğludur. Dövlətdə formal olaraq hər hansı vəzifə tutmasa da Şeyx İssa Əbu-Dabidə tikinti sektoruna nəzarət edir. Geniş yayılmış bir videodan sonra Şeyx İssanın adı sadizm və hakimiyyətdən sui-istifadə ilə yanaşı çəkilir. “ABC News” televiziyası ilə yayılmış həmin videoda şeyxin də iştirakı ilə bir qrup adam onu aldatdığını iddia edən bir əfqan tacirə işgəncə verir. İssa adamın ayağının altına avtomat silahdan atəş açır, onu yıxıb ağzına torpaq doldurur, odda yandırır, açıq yarasının üstünə duz səpir. Bu videonu ABC televiziyasına İssanın keçmiş iş ortaqlarından biri verib. Dediyinə görə, İssanın daha 25 adama bu cür işgəncə verdiyinin şahidi olub.


M.Aslan
URL / WWW
http://kelam.az/article/a-2909.html