Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Tələbələrin Qış “Liderlik Məktəbi” başlayır
07.02.11 18:11

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) fevralın 10-16-da Quba “Cənnət Bağı” Istirahər Mərkəzində I və II kurs tələbələri üçün Qış “Liderlik Məktəbi” layihəsini həyata keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat xidmətindən veriblər. Layihədə iştirak etmək üçün ATGTİ-nin elektron ünvanına tələbələr tərəfindən 1000-ə yaxın ərizə daxil olub, onlardan 300-ü II mərhələdə iştirak hüququ əldə edərək və müsahibə yolu ilə aralarından ən layiqli 120 tələbə “Liderlik Məktəbi”nə seçilib. Layihədə Azərbaycanın bütün ali təhsil müəssisələrinin tələbələri təmsil olunacaq. Layihə çərçivəsində tələbələr 4 komandaya bölünərək müxtəlif təlimlərdə iştirak edəcək, verilmiş tapşırıqları yerinə yetirəcəklər. Qış “Liderlik Məktəbi”nin iştirakçılarına mütəxəssislər tərəfindən komanda işi, şəxsi inkişaf, liderlik, təşkilati-quruculuq və s. mövzularda təlimlər keçiləcək. Həmçinin Qış “Liderlik Məktəbi”nin iştirakçılarının millət vəkilləri, siyasi xadimlər, xarici ölkələrin respublikamızdakı səfirləri və yerli icra nümayəndələri ilə görüşələri təşkil olunacaq. Görüşlərdə tələbələr qonaqlarla müxtəlif məsələlərlə bağlı müzakirələr aparacaqlar. Onlar hər günün yekununda gün ərzində öyrəndikləri yeni bilikləri xüsusi olaraq hazırladıqları divar qəzetlərində qeyd edəcəklər. Layihə çərşivəsində iştirakçılar Qubadakı soyqırım məzərlığını ziyarət edəcək, xalçaçılıq mərkəzində və “Qırmızı” qəsəbədə olacaqlar.
URL / WWW
http://kelam.az/article/a-2905.html