Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Millət vəkili: “Şəxsiyyət vəsiqələrində müəyyən anlaşılmazlıqlar var”
08.02.11 01:10

“Bu gün Azərbaycanda tətbiq edilən şəxsiyyət vəsiqələrində vətəndaşın soyad və adı, atasının adı qrafasında müəyyən anlaşılmazlıqlar var”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili Jalə Əliyeva bildirib. O, qeyd edib ki, nədənsə indiyədək bu istisna hal kimi nəzərdən qaçıb. “Məsələn, soyad Məmmədova, adı Lalə, atasının adı qrafasında isə Həsən qızı yazılır. Burada söhbət şəxsin cinsindən gedirsə, həmin şəxsiyyət vəsiqəsinin arxa hissəsində cinsiyyətlə bağlı qrafa var və orada şəxsin qadın və ya kişi olduğu göstərilir. O halda mənə elə gəlir ki, atanın adı qrafasında “qızı” və ya “oğlu” sözü yazılmasının heç bir mənası yoxdur”,-deyə millət vəkili vurğulayıb. J.Əliyeva şəxsiyyəti təsdiq edən sənəddə digər çatışmamazlıqdan da danışıb. “Şəxsiyyət vəsiqəsində şəxsin hərbi vəzifəsi ifadəsi var. Şəxsiyyət vəsiqəsi əgər mülki vətəndaşa verilirsə, onun hərbi vəzifəsi olmur, mükəlləfiyyəti olur. Bəlkə bu gözdən yayınan qramatik problemdir. Laki, düşünürəm ki, həm dilin saflığı, təmizliyi baxımından, həm də daha düzgün tətbiq olunması baxımından bunlar yenidən veriləcək şəxsiyyət vəsiqələrində nəzərə alınmalıdır”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2902.html