Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » AMEA-nın Milli Məclisə göndərdiyi soyadlarla bağlı qanun layihəsində dəyişikliklər olacaq
08.02.11 02:10

AMEA-nın təsdiq edib Milli Məclisə göndərdiyi soyadlarla bağlı qanun layihəsində dəyişikliklər olacaq. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib. Onun sözlərinə görə, soyadlarla bağlı təsdiqlənən yeni seçim sistemi millilik baxımından çox əhəmiyyətli və təqdiredici olsa da, bunlardan birinin tətbiqi mürəkkəb məqamlar yaradacaq. “Bu da vətəndaşın soyad sonluğu kimi “-oğlu” və ya “-qızı” sonluğunu seçməsindən gedir. Burada göstərilir ki, valideynin mövcud soyadını bildirən sözün kökünə və ya soyad tərkibinin hər hansı hissəsinə “-oğlu” və ya “-qızı” sonluğu artırıla bilər. Məsələn, yazılıb ki, Ağaoğlu Rəşid Ağa oğlu. Belə çıxır ki, bu şəxsin əvvəlki soyadı Ağayev Rəşid Ağa oğlu olub və indi seçim eləsə, Ağaoğlu Rəşid Ağa oğlu olacaq. Burada bir qədər xaos yaranır. Bunun hansının ata adı, hansının soyad olduğu qarışır. Əgər ata adı ilə soyad eyni kökə mənsubdursa, eyni şəkildə yazılır və səslənirsə, onda mən təklif edirəm ki, bu qəbildən olan vətəndaşlarda istisnalıq olsun. O atasının adını özünə soyad kimi deyil, nəsildən gələn hər hansı bir şəxsin, məsələn, babasının adını sonuna “-oğlu” və ya “-qızı” sonluğu qoymaqla istifadə etsin”,-deyə millət vəkili bildirib. J.Əliyevanın sözlərinə görə, bu məsələ parlamentin cari sesiyası zamanı müazkirəyə çıxarılacaq.
URL / WWW
http://kelam.az/article/a-2901.html