Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Nazirlər Kabineti elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiyaların rəsmi opponentlərinə ayrılan saat vaxtını müəyyən edib
08.02.11 02:09

Nazirlər Kabineti Azərbaycanın ali təhsil müəssisələrində, elmi idarə və təşkilatlarında elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi ilə bağlı məsələləri tənzimləmək məqsədi ilə qərar qəbul edib. Nazirlər Kabinetindən KƏLAMİNFO-ya verilən məlumata görə, elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinin rəsmi opponentlərinə elmlər doktoru elmi dərəcəsi üzrə 40, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 20 saat müəyyən edilib. Rəsmi opponentlərin əməyinin saathesabı ödənilməsi məbləğləri “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında” AR Nazirlər Kabinetinin ali məktəb tələbələri ilə tədris məşğələləri aparan şəxslər üçün nəzərdə tutulan məbləğlərdə müəyyənləşdirilir. Müəyyən edilir ki, dissertasiya işləri üzrə opponentliyə görə saathesabı ödəniş haqları həmin şəxslərin çalışdıqları müəssisə, idarə və təşkilatların xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına ödənilir.
URL / WWW
http://kelam.az/article/a-2900.html