Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Aparatının əməkdaşı Estoniyada beynəlxalq seminarda iştirak edib
08.02.11 03:08

Ombudsman Aparatının əməkdaşı, Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvü Rəvan Səmədov Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən beynəlxalq seminarda iştirak edib. Ombudsman Aparatının mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, seminar Beynəlxalq Həbsxana İslahatı və Zennström Philanthropies təşkilatının dəstəyi ilə reallaşıb. Digər Avropa ölkələrinin MPM-lərinin və milli insan hüquqları təsisatlarının nümayəndələrinin iştirakı ilə baş tutan, eləcə də İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyanın və Beynəlxalq Həbsxana İslahatı Təşkilatının təmsilçilərinin də qatıldığı seminarda azadlıqdan məhrumetməyə dair təcrübə, Avropa regionunda xidmət istifadəçilərinin rolunun artırılmasına Ümumdünya Səhiyyə Təşkilatının baxışı və töhfələri və digər mövzularda məruzələr dinlənilib. R.Səmədov seminar iştirakçılarına Müvəkkilin digər azadlıqdan məhrumetmə yerləri ilə yanaşı, psixiatriya müəssisələrinin də vəziyyətini daim diqqət mərkəzində saxlaması, bu sahədə həyata keçirdiyi fəaliyyət və bu fəaliyyətin MPM qismində müəyyən olunduqdan sonra daha da inkişaf etdirilməsi barədə ətraflı məlumat verib. O, həyata keçirilən fəaliyyət çərçivəsində aidiyyəti normativ-hüquqi aktların təhlilinin aparılması işinin də Azərbaycan ombudsmanının diqqət mərkəzində olduğunu nəzərə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-2899.html